​“Günəşli” yatağındakı 285 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

​“Günəşli” yatağındakı 285 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir
Energetika
10 Mart , 2015 17:21
​“Günəşli” yatağındakı 285 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. 10 mart. REPORT.AZ/ “Günəşli” yatağındakı 15 nömrəli dərin dəniz özülündən 285 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Quyu Fasilə Lay Dəstəsindən, 3030-3011 metr intervaldan gündəlik 60 ton neft və 15 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi