​“Günəşli” yatağındakı 195 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

​“Günəşli” yatağındakı 195 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir
Energetika
14 Oktyabr , 2015 19:39
​“Günəşli” yatağındakı 195 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündən 195 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, quyu məhsuldar qatın IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2 897-2 857 metr intervaldan gündəlik 30 ton neft və 8 500 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi