"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması işləri davam etdirilir

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması işləri davam etdirilir SOCAR: Martda başlanılmış tikinti-quraşdırma işlərinin avqustda tamamlanması nəzərdə tutulur
Energetika
2 İyun , 2016 12:27
Günəşli yatağındakı 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması işləri davam etdirilir

Bakı. 2 iyun. REPORT.AZ/ SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə 28 May adına NQÇİ-nin istismar etdiyi “Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla davam etdirir. 

"Report"un SOCAR-a isitinadən verdiyi xəbərə görə, sahildə hazırlanmış M1 və M1A modulları "General Şıxlinski" kran gəmisinə yüklənərək özülə nəql edilib və layihə yerində quraşdırılıb. Hazırda bərkitmə (qaynaq) işləri yerinə yetirilir. Bundan əlavə, M2A modulunda hər iki yarusda 600 kv. metrlik döşəmə təmir edilib, M3A modulunda isə bərpa işləri başa çatdırılıb. 

"M2 və M3 modullarında təmir işləri başa çatmaq üzrədir. İki ədəd gəmi yanalma meydançası, eləcə də dörd ədəd enib-qalxma pilləkəni sahildə hazırlanaraq quraşdırılıb. Digər mövcud enib-qalxma pilləkənlərində isə təmir işləri davam etdirilir. 2016-cı ilin mart ayında başlanılmış tikinti-quraşdırma işlərinin bu ilin avqust ayında tamamlanması nəzərdə tutulur", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi