​"Günəşli” yatağında yeni quyu istismara verilib

​"Günəşli” yatağında yeni quyu istismara verilib Quyudan sutkalıq 150 000 kubmetr qaz və 16 ton kondensat hasil edilir
Energetika
16 Aprel , 2015 19:09
​Günəşli” yatağında yeni quyu istismara verilib

Bakı. 16 aprel. REPORT.AZ/ “Günəşli” yatağındakı 8-ci özüldən 34 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report"un SOCAR-a istinadən verdiyi məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 3380-3365 metr intervaldan sutkalıq 150 000 kubmetr qaz və 16 ton kondensat hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi