"Günəşli" yatağında yeni quyu qazılır

"Günəşli" yatağında yeni quyu qazılır Quyudan sutkada 80 min kubmetr qaz və 15 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
18 Dekabr , 2015 17:46
Günəşli yatağında yeni quyu qazılır

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 11-ci özüldə 30 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılır.

Quyunun layihə dərinliyi 4 100 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 min kubmetr qaz və 15 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi