"Günəşli" yatağında yeni quyu qazılır

"Günəşli" yatağında yeni quyu qazılır Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək
Energetika
23 Aprel , 2015 13:45
Günəşli yatağında yeni quyu qazılır

Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizinin "Günəşli" yatağındakı 11-ci özüldən 344 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Layihə dərinliyi 3 100 metr olan quyu “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 60 ton neft hasil ediləcək.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi