​“Günəşli” yatağında yeni quyu qazılır

​“Günəşli” yatağında yeni quyu qazılır Quyudan sutkada 80 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
4 Avqust , 2016 15:16
​“Günəşli” yatağında yeni quyu qazılır

Bakı. 4 avqust. REPORT.AZ/ Dayazsulu “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə 318 nömrəli quyunun qazılmasına başlanılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 850 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi