“Günəşli” yatağında yeni quyu qazılır

“Günəşli” yatağında yeni quyu qazılır Quyudan sutkada 60 ton neft və 10 min kubmetr qaz hasil etmək mümkün olacaq.
Energetika
25 Aprel , 2017 16:36
“Günəşli” yatağında yeni quyu qazılır

Bakı. 25 aprel. REPORT.AZ/ “Günəşli” yatağındakı 14 nömrəli özüldən 355 nömrəli quyuda qazma işlərinə başlanılıb. 

Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. 

Məlumata görə, şirkətin “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3150 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 60 ton neft və 10 min kubmetr qaz hasil etmək mümkün olacaq. 

Son xəbərlər

Orphus sistemi