"Günəşli" yatağında yeni quyu istismara verilib

"Günəşli" yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 110 ton neft, 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
14 Yanvar , 2016 15:13
Günəşli yatağında yeni quyu istismara verilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu günlərdə “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən qazılmış 28 nömrəli quyu istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib.

O, 2 674 - 2 658 metr intervaldan sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi