​“Günəşli” yatağında yeni quyu istismara verilib

​“Günəşli” yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 30 ton kondensat və 115 min kubmetr qaz hasilatı ilə istismara qəbul edilib
Energetika
2 Avqust , 2016 11:25
​“Günəşli” yatağında yeni quyu istismara verilib

Bakı. 2 avqust. REPORT.AZ/ Dayazsulu “Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 30 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, "SOCAR-AQŞ" tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 3 787-3 773 metr intervaldan sutkalıq 30 ton kondensat və 115 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi