Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların helikopterlər vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dekabrın 29-da itkin düşənlərin hərəsinin bir nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.