"Günəşli" yatağında iki quyu istismara verilib

"Günəşli" yatağında iki quyu istismara verilib Quyulardan biri gündəlik 80 ton, digəri isə 65 ton neft hasilatı ilə istismara qəbul olunub
Energetika
19 İyun , 2015 18:12
Günəşli yatağında iki quyu istismara verilib

Bakı. 19 iyun. REPORT.AZ/ Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 344 nömrəli quyu qazmadan sonra istismara verib. 

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Fasilə Lay Dəstəsinə qazılan bu yeni quyu fontan üsulu ilə məhsul verib, 3 070-3 034 metr intervaldan gündəlik 80 ton neft və 17 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib. 

Bundan başqa,“Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündəki 266 nömrəli quyu isə əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan 2 740-2 695 metr intervaldan gündəlik 65 ton neft hasilatı ilə istismara daxil edilib. 

Quyularda istismar işləri “Azneft” İB-nin “28 May” NQÇİ tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi