"Günəşli" yatağında daha bir quyu təmirdən sonra istismara verilib

"Günəşli" yatağında daha bir quyu təmirdən sonra istismara verilib Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir
Energetika
5 Fevral , 2016 12:38
Günəşli yatağında daha bir quyu təmirdən sonra istismara verilib

Bakı. 5 fevral. REPORT.AZ/ “Günəşli” yatağındakı 2 nömrəli dərin dəniz özülündə 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin X horizontundan qazlift üsulu ilə məhsul verib, 3 050-3 011 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi