“Günəşli” yatağında daha bir quyu istismara verilib

“Günəşli” yatağında daha bir quyu istismara verilib Quyu gündəlik 107 ton neft və 27,6 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
5 İyul , 2017 17:30
“Günəşli” yatağında daha bir quyu istismara verilib

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi dayazsulu “Günəşli” yatağında neft və qaz hasilatının artırılması üçün yeni quyuların qazılması işlərini davam etdirir.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu məqsədlə Birliyin sifarişi ilə “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 355 nömrəli quyu qazmadan sonra istismara verilib. 

Məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2 985-2 974 metr intervaldan gündəlik 107 ton neft və 27 600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi