“Günəşli” yatağında daha bir quyu istismara verilib

“Günəşli” yatağında daha bir quyu istismara verilib Quyu gündəlik 90 ton neft və 65 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib
Energetika
23 Noyabr , 2015 13:32
“Günəşli” yatağında daha bir quyu istismara verilib

Bakı. 23 noyabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündən 314 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu Qirməkiüstü Qumlu Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib.

O, 3 585-3 540 metr intervaldan gündəlik 90 ton neft və 65 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi