"Günəşli" yatağında daha bir quyu istismara verilib

"Günəşli" yatağında daha bir quyu istismara verilib Quyu sutkalıq 47 ton neft və 11,5 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
6 İyun , 2016 17:41
Günəşli yatağında daha bir quyu istismara verilib

Bakı. 6 iyun. REPORT.AZ/ “Dayazsulu Günəşli” yatağındakı 5 nömrəli dərin dəniz özülündə 216 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3 077-3 055 metr intervaldan sutkalıq 47 ton neft və 11,5 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi