“Günəşli” yatağında daha bir quyu istismara verilib

“Günəşli” yatağında daha bir quyu istismara verilib Quyu sutkalıq 75 ton neft və 80 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
18 May , 2016 13:30
“Günəşli” yatağında daha bir quyu istismara verilib

Bakı. 18 may. REPORT.AZ/ “Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündə 303 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib.

O, 2 906-2 897 metr intervaldan sutkalıq 75 ton neft və 80 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi