"Günəşli" yatağında daha bir quyu istismara verilib

"Günəşli" yatağında daha bir quyu istismara verilib Quyu sutkalıq 85 ton neft və 11 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
12 Fevral , 2016 11:25
Günəşli yatağında daha bir quyu istismara verilib

Bakı. 12 fevral. REPORT.AZ/ “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündə 37 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2 945-2 941 metr intervaldan sutkalıq 85 ton neft və 11 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi