​“Günəşli” yatağında daha bir quyu istismara verilib

​“Günəşli” yatağında daha bir quyu istismara verilib Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir
Energetika
29 Aprel , 2015 15:34
​“Günəşli” yatağında daha bir quyu istismara verilib

Bakı. 29 aprel. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağındakı 14 nömrəli stasionar dəniz özülündən 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu Sabunçu Lay Dəstəsinin IV horizontundan, 2 018-2 013 metr intervaldan gündəlik 160 min kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi