"​Günəşli" yatağında daha bir quyu istismara verilib

"​Günəşli" yatağında daha bir quyu istismara verilib Quyu sutkalıq 55 ton neft və 23,5 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
31 May , 2016 15:41
​Günəşli yatağında daha bir quyu istismara verilib

Bakı. 31 may. REPORT.AZ/ “Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündə 168 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib. O, sutkalıq 55 ton neft və 23,5 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi