Yuxarı

"Günəşli" yatağında daha bir quyu geoloji tədbirdən sonra istismara verilib

Quyuda istismar işləri 28 May NQÇİ tərəfindən həyata keçirilir

Bakı. 27 avqust. REPORT.AZ/ Bu günlərdə “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündən 80 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, quyu Girməkiüstü Qumlu Lay Dəstəsindən, 3 075-3 052 metr intervaldan sutkalıq 100 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi