Yuxarı
    Bağlamaq

    "Günəşli" yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

    Quyu sutkalıq 100 ton neft və 35 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib

    Bakı. 10 iyun. REPORT.AZ/ “Dayazsulu Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündə 301 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

    "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2 842-2 830 metr intervaldan sutkalıq 100 ton neft və 35 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

    Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi