“Günəşli” yatağında baş vermiş qəza ilə bağlı axtarışlar davam edir

“Günəşli” yatağında baş vermiş qəza ilə bağlı axtarışlar davam edir "Neft daşlarında" batan 3 nəfərin axtarışı ilə əlaqədar isə suyun altında axtarışa başlanıb
Energetika
7 Dekabr , 2015 11:10
“Günəşli” yatağında baş vermiş qəza ilə bağlı axtarışlar davam edir

Bakı. 7 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərin axtarışı istiqamətində aparılan bütün cəhdlərə baxmayaraq, nəticə əldə olunmayıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib. 

O qeyd edib ki, iki istiqamətdə axtarışlar tam sürəti ilə davam edir: "Gəmilərlə iş gecə davam edib. Bu gün səhər geofizika gəmisi "Neft daşlarında" batan 3 nəfərin axtarışı ilə əlaqədar 501 nömrəli platformanın suyun altında olan hissəsində axtarışa başalyıb. Bu gün havanın sabitləşməsi imkan verir suyun altında axtarış davam etsin. İlk növbədə 501 və sonra yaxın eskadaların ətrafında axtarış davam edəcək. FHN helikopterləri axtarışı davam etdirir, 7 gəmi isə yanğını söndürməyə çalışır. FHN, Dövlət Sərhəd Qoşunlarının və SOCAR rəhbərliyi müşavirə keçirir". 

A. Ağarəhimov deyib ki, hava şəraiti gəmilərlə və helikopterlə axtarışı davam etdirməyə imkan verir: "Buzovna ərazisində boş gödəkçələr tapılıb, amma sonra məlum olub ki, onlar SOCAR-ın işçilərinin deyil, balıqçı gödəkçələridir".

Son xəbərlər

Orphus sistemi