​''Günəşli'' yatağı üçün 7 nömrəli özülün inşası başa çatmaq üzrədir

​''Günəşli'' yatağı üçün 7 nömrəli özülün inşası başa çatmaq üzrədir Özülün cari ilin sonuna kimi istismara veriləcəyi gözlənilir
Energetika
21 İyul , 2015 14:48
​''Günəşli'' yatağı üçün 7 nömrəli özülün inşası başa çatmaq üzrədir

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azneft'' İstehsalat Birliyinin sifarişi ilə ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında “Günəşli'' yatağında quraşdırılması nəzərdə tutulan yeni 7 nömrəli dərin dəniz özülünün inşası başa çatmaq üzrədir. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özülün dayaq bloku, daşıyıcı göyərtənin birinci və ikinci hissələri dənizə nəql olunaraq layihə nöqtəsində quraşdırılıb, 8650 ton svay vurulub. Hazırda özülün modullarının yığılması prosesinə hazırlıq görülür.

Göyərtədə quraşdırma işləri tam yekunlaşdıqdan sonra 16 ədəd modulun layihə nöqtəsində tikintisinə başlanılacaq.

Bundan başqa, layihə çərçivəsində ümumi uzunluğu 12 km olan 9 ədəd neft-qaz boru xətləri quraşdırılacaq. Eyni zamanda elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə dairəvi sistem üzrə 11 km uzunluğunda sualtı kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

Özülün ilin sonuna kimi istismara veriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi