Yuxarı

​Günəş enerjisi ilə işləyən təyyarə Yaponiyadan ABŞ-a uçub

Yaponiyadan Havayiyə uçuş 7 212 km məsafədə, 8 634 metr hündürlükdə reallaşdırılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Günəş enerjisi ilə işləyən təyyarə rekord uçuş həyata keçirib. "Report"un verdiyi xəbərə görə, İsveç pilotları Bertran Pikkard (Bertrand Piccard) və Andre Borşberqin (André Borschberg) hazırladığı təyyarə 4 gün 21 saat 52 dəqiqə uçuş həyata keçirərək Yaponiyadan Havayiyə gəlib. İyunun 28-də Naqoydan havaya qalxan təyyarə iyulun 3-də yerli vaxtla saat 05:50-da Havayinin "Kalaeloa" aeroportunda eniş edib.

Məlumata görə, bu, artıq onların 8-ci uçuşudur. İlk uçuş Abu-Dabidən (BƏƏ) Muskata (Oman), ikincisi Muskatdan Əhmədabada (Hindistan), üçüncü uçuş Əhmədabaddan Varanasiyə (Hindistan), növbəti uçuş Varanasidən Mandalaya (Myanmar), Mandalaydan Çonqkinqə (Chongqing - Çin), Çonqkinqdən Nancinqə (Nanjing - Çin) və 7-ci uçuş isə Nancinqdən Naqoya (Nagoy - Yaponiya) baş tutub.

Yaponiyadan Havayiyə uçuş 7 212 km məsafədə və maksimum 8 634 metr hündürlükdə reallaşdırılıb. Orta sürət isə 61,19 km/saat olduğu deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi