Güclü qaz sızması səbəbindən Zərdabda qaz təchizatı müvəqqəti dayandırılıb

Güclü qaz sızması səbəbindən Zərdabda qaz təchizatı müvəqqəti dayandırılıb Zərdabın qaz təchizatı müvəqqəti dayandırılıb
Energetika
21 Oktyabr , 2021 15:44
Güclü qaz sızması səbəbindən Zərdabda qaz təchizatı müvəqqəti dayandırılıb

Zərdab rayonunun qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

"Qaz İxrac” İdarəsi tərəfindən verilən məlumata əsasən, traktor “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərini zədələyib.

Bildirilir ki, yaranmış güclü qaz sızması səbəbindən bu gün saat 13:00-dan işlər başa çatanadək Zərdab rayonunun (tam olaraq şəhər daxil olmaqla 1 qəsəbə, 34 kəndində) qaz təchizatı dayandırılıb.

“Azəriqaz” müvəqqəti narahatçılığa görə abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi