Yuxarı

Tanrıverdi Mustafayev: "Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb"

Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb

© Report/ Firi Salim — “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev

"Bakı" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Amma güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub".

Bunu Reporta açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, güclü külək evlərin dam örtüklərini və iri gövdəli ağacları elektrik xəttlərinin üzərinə aşırıb: "Ötən gecə Bərdə rayonunda güclü küləyin təsiri nəticəsində elektrik veriliş xətlərinin birində açılma baş verib. Həmçinin Ağcabədi və Şəki rayonlarinda da çox gügüclü külək dayaqları aşırıb, qabaqlayıcı tədbirlər nəticəsində qəzaların sayı azalıb,10 kVt-luq xətlərdə qısa qapanmalar baş verməyib, külək sakitləşdikcə baş vermiş qəzalar operativ aradan qaldırılıb. Hazırda Agcabədi rayonunda 4-5 kəndin elektrik təchizatının təminatı ilə əlaqədar qəzanın nəticələri aradan qaldirilir".

"Azərişıq" sözçüsü əlavə edib ki, təmsil etdiyi qurum baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün lazımi sayda mal-material və avadanlıq cəlb edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi