"Azərişıq": Qərb rayonları fasiləsiz enerji ilə təmin olunublar - FOTO

"Azərişıq": Qərb rayonları fasiləsiz enerji ilə təmin olunublar - FOTO Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırıb
Energetika
21 İyun , 2020 11:44
Azərişıq: Qərb rayonları fasiləsiz enerji ilə təmin olunublar - FOTO

Ötən gecədən müşahidə edilən güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerji təsərrüfatına ciddi ziyan vurub, nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. 

Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib. 

V.Mustafayevin sözlərinə görə, “Azərişıq” ASC Qərb RETSİ-nin qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir-bərpa işləri həyata keçirib.

"Bir neçə ünvanda xəttin üzərinə aşan ağac kabelləri zədələyib, dayaqları yararsız hala salıb. Qəza baş verən ərazilərə əlavə mal-material göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar. 

Abonentlərimizdən xahiş edirik ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi