Göyçayın daha 2 kəndinə qaz verilib

Göyçayın daha 2 kəndinə qaz verilib Hazırda rayonunun 7 kəndində qazlaşdırma işləri aparılır
Energetika
19 Avqust , 2016 17:19
Göyçayın daha 2 kəndinə qaz verilib

Bakı. 19 avqust. REPORT.AZ/ Bu gün Göyçay rayonun Yalman və Mırtı kəndlərinə təbii qazın verilişi bərpa olunub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 638 abonenti olan Yalman və Mırtı kəndlərinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Tədbirdə qeyd olunub ki, hazırda rayonunun Çaxırlı, Ləkçılpak, Şəkər, Bəydövül, Çərəkə, Çərəcə və Yeniarx kəndlərində qazlaşdırma işləri aparılır. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin olunacaq. 

Son xəbərlər

Orphus sistemi