​Göyçay rayonunun daha bir kəndinə təbii qaz verilib

​Göyçay rayonunun daha bir kəndinə təbii qaz verilib 124 abonent qazla təmin olunub
Energetika
14 İyul , 2016 14:47
​Göyçay rayonunun daha bir kəndinə təbii qaz verilib

Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Göyçay rayonunun Müskürlü kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 124 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12410 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi