Goranboyun Kələk və Şıxlar kəndlərinə ilk dəfə təbii qaz verilib

Goranboyun Kələk və Şıxlar kəndlərinə ilk dəfə təbii qaz verilib Ümumilikdə 256 abonent qazla təmin olunub
Energetika
10 May , 2016 18:41
Goranboyun Kələk və Şıxlar kəndlərinə ilk dəfə təbii qaz verilib

Bakı. 10 may. REPORT.AZ/ “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, ''mavi yanacaq''la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidənqurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Ölkə rəhbərliyinin göstərişinə əsasən, cəbhəətrafı rayonların qazlaşdırılmasına xüsusi diqqət yetirilir".

SOCAR-dan "Report"a verilən məlumata görə, mayın 10-da Goranboy rayonunun Kələk və Şıxlar kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, ümumilikdə 256 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 21 150 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi