Yuxarı

​"Goldman Sachs" neftin uzun müddət bahalaşmayacağını proqnozlaşdırır

ABŞ-ın məşhur investisiya bankının iqtisadçıları uzunmüddətli perspektiv üçün qiymət proqnozunu azaldıb

Bakı. 19 may. REPORT.AZ/ ABŞ-ın məşhur "Goldman Sachs" investisiya bankının iqtisadçıları uzunmüddətli perspektivdə neft qiymətləri üçün proqnozunu aşağı salıblar.

"Report" xəbər verir ki, bankın analitikləri 2020-ci ildə "Brent" markalı neftin 1 barelinin 55 dollara satılacağını ehtimal edirlər. Neft hasil edən şirkətlərin məhsuldarlığı və iş effektivliyini artırmaları uzun müddətdə neftin qiymətinin aşağı səviyyədə qalmasının əsas səbəbi kimi göstərilir. İnvestisiya bankının iqtisadçıları hesab edirlər ki, neftin qiyməti hətta 50 dollar/barelə enərsə, ABŞ-da şist neft hasil edən şirkətlər mənfəət əldə edəcək.

"Goldman Sachs" bankı "Brent" markalı neft üçün proqnozunu 2016-2018-ci illər üçün 65 dollar/barel olaraq açıqlayıb.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayı üçün fyuçers neft kontraktları 68,9 dollar/barel qiyməti ilə bağlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi