“Goldman Sachs International” SOCAR-ın infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır

“Goldman Sachs International” SOCAR-ın infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır Bu istiqamətlərdə araşdırmaların aparılması üçün şirkətlər arasında işçi qrupunun fəaliyyəti planlaşdırılıb
Energetika
59
1 İyun , 2018 11:19
“Goldman Sachs International” SOCAR-ın infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır
socar.az
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti “Goldman Sachs International” investisiya şirkətinin icraçı direktorları Sarel Eldor, Yakut Seyhanlı və Anton Sıçevlə görüşüb.

“Report” şirkətə istinadən xəbər verir ki, görüşdə bu il SOCAR-ın bir sıra mühüm layihələri, o cümlədən “Goldman Sachs International” şirkətinin paydaş olduğu STAR neft emalı zavodunun və TANAP boru kəməri kimi layihələrin tamamlanmaq üzrə olduğu bildirilib. “Goldman Sachs International” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulduğu dövrdə hələ ilkin layihəndirmə mərhələsində olan sənaye obyektlərinin tikintisi bu gün artıq tamamlanmaq üzrədir və yaxın zamanda həmin müəssisələr gəlir gətirməyə başlayacaq.

"SOCAR-ın əldə etdiyi uğurlu nəticələr gələcək əməkdaşlığın daha da əlverişli vasitələrlə davam etdirilməsinə stimul verir. Bu baxımdan SOCAR hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarda müəyyənləşdirmək üçün “Goldman Sachs” ilə birgə təhlil və araşdırma aparacaq", - məlumatda qeyd olunub.

Görüşdə həmçinin SOCAR-ın Türkiyədə və bütün dünyada genişlənən ticarət əməliyyatlarının maliyyələşdirilməsi ilə bağlı “Goldman Sachs International” şirkətinin mümkün rolu gündəmə gətirilib. “Goldman Sachs International” SOCAR-ın dünya üzrə infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır. Bu istiqamətlərdə araşdırmaların aparılması üçün şirkətlər arasında işçi qrupunun fəaliyyəti planlaşdırılıb.

Qeyd edək ki, SOCAR “Goldman Sachs International” ilə əməkdaşlığı 2014-cü ilin dekabrında “Petlim” limançılıq şirkətinin 30 faizlik payının alınması ilə başlayıb. 2015-ci ildə isə “Goldman Sachs” SOCAR-ın törəməsi olan “SOCAR Turkey Energy A.Ş.” şirkətinin 13 faizinə yiyələnmək üçün 1,3 milyard dollar vəsait ödəyib. "Goldman Sachs" investisiya şirkətinin baş ofisi Nyu-Yorkdadır. "Goldman Sachs" investisiya bankçılığı, qiymətli kağızlar, investisiya menecmenti sahəsində fəaliyyət göstərir.