“Global Energy Solutions” şirkəti “BP-Azerbaijan” üçün yeni layihəyə başlayır

“Global Energy Solutions” şirkəti “BP-Azerbaijan” üçün yeni layihəyə başlayır Bakı. 23 yanvar. REPORT.AZ/ “Global Energy Solutions” (“Glensol”) şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarına xidmətin göstərilməsi üzrə “BP-Azerbaijan” şirkəti üçün növbəti layihəyə başlayır.
Energetika
23 Yanvar , 2018 15:29
“Global Energy Solutions” şirkəti “BP-Azerbaijan” üçün yeni layihəyə başlayır

Bakı. 23 yanvar. REPORT.AZ/ “Global Energy Solutions” (“Glensol”) şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarına xidmətin göstərilməsi üzrə “BP-Azerbaijan” şirkəti üçün növbəti layihəyə başlayır.

“Report” xəbər verir ki, “Glensol” tərəfindən göstərilən xidmətlər Səngəçal terminalını, Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa neft ixrac kəmərlərini, eləcə də BP şirkətinin dənizdə yerləşən 7 platformasını əhatə edəcək. Layihə elektrik avadanlıqlarının və nəzarət-ölçü cihazlarının fasiləsiz istismar müddətinin maksimum səviyyəyə çatdırılması və fəaliyyət dövrünün optimallaşdırılması üçün müxtəlif işlərin icrasını, texniki xidmətin göstərilməsini, quraşdırma, istismara vermə, modifikasiya, inspeksiya işlərini nəzərdə tutur. Layihə 3 il müddətində, əlavə 2 il uzadılma imkanı nəzərdə tutulmaqla həyata keçiriləcək.

“Glensol” şirkətinin baş direktoru Tamerlan Əliyev bildirib ki, son iki il ərzində BP şirkəti üçün ikinci iri layihəni əldə etməklə “Glensol” regionda öz sahəsində ən yaxşı yerli şirkətlər sırasında olduğunu təsdiq edib: “Hazırda biz həmçinin xarici bazarlarda işgüzar fəaliyyətimiz üzərində çalışırıq, xüsusilə Qazaxıstanda başladığımız fəaliyyət yerli iş təcrübəmizi xarici bazarda nümayiş etdirmək imkanı verəcək. Ölkəmizi beynəlxalq səviyyədə təmsil edərək beynəlxalq səviyyəli xidmətlərin göstərilməsində ön sıralarda olmağımızla fəxr edirik".

Qeyd edək ki, 2012-ci ildə “Nobel Oil Services” şirkətinin törəməsi kimi yaradılan “Glensol” neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. “Glensol” avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlılığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.

Son xəbərlər

Orphus sistemi