Yunanıstan “Türk axını” boru kəmərinin ərazisindən keçməsini istəyir

Yunanıstan “Türk axını” boru kəmərinin ərazisindən keçməsini istəyir Bakı. 7 fevral. REPORT.AZ/ Yunanıstan hökuməti Rusiya təbii qazını Avropaya çatdıracaq “Türk axını” (“Turkish Stream”) boru kəmərinin bu ölkə ərazisindən keçməsini istəyir.
Energetika
7 Fevral , 2019 23:06
Yunanıstan “Türk axını” boru kəmərinin ərazisindən keçməsini istəyir

Bakı. 7 fevral. REPORT.AZ/ Yunanıstan hökuməti Rusiya təbii qazını Avropaya çatdıracaq “Türk axını” (“Turkish Stream”) boru kəmərinin bu ölkə ərazisindən keçməsini istəyir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Georgios Katruqalos Xarici Müxbirlər Birliyinin nümayəndələri ilə görüşündə bildirib.

“Biz “Türk axını”nın uzadılmasını istərdik, amma bu barədə qərar Rusiya Federasiyası tərəfindən veriləcək”, - deyə Yunanıstan rəsmisi qeyd edib.

Xatırladaq ki, Yunanıstanın “Türk axını”nda iştirak etmək arzusunu baş nazir Aleksis Çipras fevralın 5-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla danışıqlardan sonra ifadə edib. Baş nazir Rusiya qazının tədarükü üçün sözügedən layihədəki əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, Rusiyanın “Qazprom” dövlət şirkəti “Qazprom Transqaz Krasnodar” MMC vasitəsilə “Türk axını” layihəsinə daha 125 milyard rubl (təqribən, 2 milyard ABŞ dolları) vəsait qoyub.

Son xəbərlər

Orphus sistemi