Georgi Qaxariya: “Qazprom eksport” ilə sonuncu saziş Gürcüstan üçün məğlubiyyətdir”

Georgi Qaxariya: “Qazprom eksport” ilə sonuncu saziş Gürcüstan üçün məğlubiyyətdir” "Azərbaycan təbii qazı sayəsində Rusiya qazından asılılığımız tam sıfıra bərabərdir"
Energetika
1546
28 Yanvar , 2017 00:08
Georgi Qaxariya: “Qazprom eksport” ilə sonuncu saziş Gürcüstan üçün məğlubiyyətdir”

Tbilisi. 28 yanvar. REPORT.AZ/ “Təbii qazın Ermənistana tranziti ilə bağlı “Qazprom eksport” ilə sonuncu saziş iqtisadi baxımdan Gürcüstan üçün məğlubiyyətdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri “Rustavi 2” televiziya kanalındakı çıxışı zamanı Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya söyləyib.

“Bugünkü vəziyyətdə iqtisadi baxımdan biz itiririk. Bu, iqtisadi sahədə qələbə deyil. Amma nəzərə alsaq ki, bizim strateji tərəfdaşımız Azərbaycan ilə müqaviləmiz var və Azərbaycan bizi təbii qazla təmin etmək barədə öhdəlik götürüb, bu o deməkdir ki, bizim Rusiya qazından asılılığımız tam sıfıra bərabərdir”, - deyə nazir bildirib.

Nazir deyib ki, hazırda müqavilənin şərtlərini və detallarını yeniləmək istiqamətində “Qazprom”la danışıqlar davam edir.

Qaxariyanın sözlərinə görə, Rusiya tərəfi ildə 2,2 milyard kubmetr qazın Gürcüstan ərazisindən nəqlinə görə, Gürcüstana nağd pul ödəyəcək. Həmçinin, lazım gəldikdə Gürcüstana min kubmetri 185 dollara qaz satacaq.

Son xəbərlər

Orphus sistemi