Georgi Loqvinski: "Ukrayna Azərbaycandan qaz və neft tədarükü imkanlarını inkişaf etdirməlidir"

Georgi Loqvinski: "Ukrayna Azərbaycandan qaz və neft tədarükü imkanlarını inkişaf etdirməlidir" Deputat: "Azərbaycan Ukraynanın dostluq münasibətləri qurduğu tərəfdaşıdır"
Energetika
10 Aprel , 2017 16:07
Georgi Loqvinski: Ukrayna Azərbaycandan qaz və neft tədarükü imkanlarını inkişaf etdirməlidir
112.ua

Kiyev. 10 aprel. REPORT.AZ/ "Azərbaycanın Ukraynanın dostluq münasibətləri qurduğu tərəfdaşı olduğuna əminəm".

Bunu "Report"un Ukrayna bürosuna Azərbaycanla parlamentlərarası əlaqələr üzrə Ukrayna deputatlar qrupunun üzvü, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Georgi Loqvinski deyib.

"GUAM ölkələrinin baş nazirlərinin iclasında imzalanmış sənədlər çox müsbətdir, onlar ölkələrimiz arasında gömrük prosedurlarını sadələşdirəcək. Hesab edirəm ki, indi həm kənd təsərrüfatı, həm texnologiya, həm də hərbi sahədə ölkələrimizi birlikdə inkişaf etdirmək imkanımız var", - G.Loqvinski bildirib.

O Ukraynanın digər ölkələrdən, o cümlədən Azərbaycandan qaz və neft tədarükü üçün enerji sahəsi üzrə bir neçə istiqamətdə - enerji resurslarına qənaət, mövcud enerji mənbələrindən səmərəli istifadə, geosiyasi imkanların inkişafı məsələsində imkanlarını inkişaf etdirməli olduğunu vurğulayıb.

"Həmçinin energetika sahəsində təcrübə mübadiləsinə diqqət ayırmaq lazımdır. Məsələn Azərbaycan belə təcrübəyə malikdir və bunu Ukrayna ilə bölüşə bilər", - ukraynalı deputat söyləyib.

Ukraynada azərbaycanlılara qarşı münasibətdən danışan G.Loqvinski milliyyətindən və ya dini mənsubiyyətindən asılı olmayaraq, hökumətin mövqeyinin Ukrayna vətəndaşlarına eyni dərəcədə şamil olunduğunu vurğulayıb.

"Cəmiyyətdə hər hansı dözümsüzlüyə təhrik edən şəxslər varsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu, həm parlamentin, həm Nazirlər Kabinetinin, həm də hüquq-mühafizə orqanlarının mövqeyidir", - AŞPA-nın vitse-prezidenti deyib.

Son xəbərlər

Orphus sistemi