Gələn ilin sentyabrında "STAR" zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmi yola salınacaq - ƏLAVƏ OLUNUB

Gələn ilin sentyabrında "STAR" zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmi yola salınacaq - ƏLAVƏ OLUNUB Gələn ilin sonuna isə zavodun təhvil-təslim işləri yekunlaşacaq
Energetika
13 Oktyabr , 2017 14:29
Gələn ilin sentyabrında STAR zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmi yola salınacaq - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 14:17-də verilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələn il sentyabrın 20-də - Neftçilər günündə "STAR" neft emalı zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmini yola salmağı planlaşdırır. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində "SOCAR Turkey Enerji A.Ş"-nin əməliyyatlar üzrə direktoru Emil Eminov bildirib. 

Onun sözlərinə görə, gələn ilin sonuna isə zavodun təhvil-təslim işləri yekunlaşacaq: "Zavodun tikinti işləri uğurla davam etdirilir".

***

"Gələn ilin yanvar ayında istismar-sınaq işlərinə başlanacaq. Zavoda elektrik enerjisinin verilməsinə artıq başlanılıb. Hazırda zavod üçün işçilərin işə qəbulu həyata keçirilir, artıq 500 nəfər işə cəlb olunub. İlin sonuna işə qəbul prosesi yekunlaşacaq. Zavodda 750-800 nəfərin çalışacağı gözlənilir", - deyə E.Eminov əlavə edib.

Son xəbərlər

Orphus sistemi