Gələn ilin I rübündə “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində 2 və 3 Ölçülü seysmik tədqiqata başlanması gözlənilir

Gələn ilin I rübündə “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində 2 və 3 Ölçülü seysmik tədqiqata başlanması gözlənilir Bakı. 19 dekabr. REPORT.AZ/ “Equinor” (Norveç - keçmiş “Statoil”) şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində gələn ilin mart ayının ortalarında 2 və 3 Ölçülü seysmik tədqiqat işlərinə başlamağı planlaşdırır.
Energetika
19 Dekabr , 2018 12:22
Gələn ilin I rübündə “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində 2 və 3 Ölçülü seysmik tədqiqata başlanması gözlənilir

Bakı. 19 dekabr. REPORT.AZ/ “Equinor” (Norveç - keçmiş “Statoil”) şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində gələn ilin mart ayının ortalarında 2 və 3 Ölçülü seysmik tədqiqat işlərinə başlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Əşrəfi-Dan Ulduzu-Aypara” kəşfiyyat sahəsində 2 Ölçülü - 3 Ölçülü seysmik tədqiqat üçün Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədində qeyd edilib.

“2 Ölçülü-3 Ölçülü seysmik tədqiqatın gəminin mövcudluğundan asılı olaraq 2019-cu ilin mart ayının ortalarında başlanacağı gözlənilir və tədqiqat işləri təxminən 42-45 gün çəkəcək.

Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) uyğun olaraq “Statoil Azerbaijan” bu işlərin operatoru qismində çıxış edəcək və 2 Ölçülü-3 Ölçülü seysmik tədqiqatın planlaşdırılmasına və yerinə yetirilməsinə görə cavabdehlik daşıyacaq.  3 Ölçülü seysmik tədqiqat 500 km2,  2 Ölçülü seysmik tədqiqat  800 km2 sahəni əhatə edəcək”,-sənəddə qeyd edilib.

Blokun kəşfiyyat sahəsi Bakıdan təxminən 50 kilometr şərqdə, Azərbaycanın sahil xəttindən (Abşeron yarımadası) təxminən 14 km şərqdə və Pirallahı adasından və Çilov adasından təxminən 7 km şərqdə suyun dərinliyi 20-225 m arasında dəyişən dəniz sahəsində yerləşir.

Qeyd edək ki, bu il mayın 30-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin "Equinor" qrupunun bir hissəsi olan "Statoil Azerbaijan" şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanıb. HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

Saziş iyunun 29-da Milli Məclis tərəfindən ratifikasiya olunub.

Son xəbərlər

Orphus sistemi