Gələn il neftə tələbatın bərpa olunacağı gözlənilir

Gələn il neftə tələbatın bərpa olunacağı gözlənilir Birləşmiş Ərəb Əmirlikləri hökuməti 2021-ci ildə dünya neft bazarında tələbatın tədricən bərpa olunacağı qənaətindədir.
Energetika
269
25 Dekabr , 2020 13:29
Gələn il neftə tələbatın bərpa olunacağı gözlənilir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti 2021-ci ildə dünya neft bazarında tələbatın tədricən bərpa olunacağı qənaətindədir.

“Report” xəbər verir ki, bu barədə “Sky News Arabia”ya müsahibəsi zamanı enerji naziri Süheil əl Məzrui bildirib.

O, əsas amillər arasında koronavirusa qarşı peyvənd dərmanlarının yayılmasını və ABŞ ilə Çin arasında gərginliyin sovuşmasını göstərib.

Qeyd edək ki, son vaxtlar Avropada koronavirusun yeni növünün yayılması və bununla bağlı karantin məhdudiyyətlərinin artırılması üzündən neftə tələbatın daha da azalacağına dair ehtimalların da təsirilə son günlər neft ucuzlaşmağa başlayıb və son iki ayda ilk dəfə olaraq həftə mənfi trendlə başa çata bilər. Lakin BƏƏ-də koronavirusun yeni ştamına dair narahatlıq duyulmur.

Nazir S.Məzrui də bu məsələdə hər hansı təhlükə görmədiyini, OPEC+ formatının iştirakçısı ölkələri tərəfindən görülmüş tədbirlər nəticəsində neftə tələbatın azalmasının fəsadlarını yumşaltmağın mümkün olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi