​Gələn il Azərbaycanda CNG stansiyaları tikiləcək

​Gələn il Azərbaycanda CNG stansiyaları tikiləcək ARDNŞ prezidenti Rövnəq Abdullayev: "Azərbaycanda bu qazdan istifadə edildiyi zaman benizinə olan tələbat azalacaq"
Energetika
5 Noyabr , 2014 17:39

Bakı. 5 noyabr. REOPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi bir neçə şirkətlə birlikdə avtomobillər üçün sıxılmış təbii qaz (CNG) satışı stansiyalarının tikintisi layihələrinin icrasına başlayacaq. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

“Bilirsiniz ki, 2015-ci ilin əvvəlində “Baku Bus” şirkəti paytaxta qazla işləyən yeni avtobuslar gətirəcək. Gələn il Bakı və Bakı ətrafında 6 yeni CNG stansiyası tikiləcək”, -deyə R.Abdullayev qeyd edib.

“Düşünürük ki, gələcəkdə bu stansiyaları Azərbaycanda hər 180 km-dən bir yerləşdirək. Bu layihə həm iqtisadi, həm də ekoloji cəhətdən səmərəli olacaq. Gürcüstanda bunun müsbət effektini görmüşük və düşünürəm ki, Azərbaycanda bu qazdan istifadə edildiyi zaman benizinə olan tələbat azalacaq. Bunun nəticəsi olaraq, benzin ixracını artıra bilərik”, - deyə ARDNŞ prezidenti R.Abdullayev bildirib və əlavə edib ki, hazırda ölkə benzin ixrac etmir.

Son xəbərlər

Orphus sistemi