Gələn il Azərbaycanda yüksəksıxlıqlı polietilen istehsalının 2 dəfədən çox artacağı proqnozlaşdırılır

Gələn il Azərbaycanda yüksəksıxlıqlı polietilen istehsalının 2 dəfədən çox artacağı proqnozlaşdırılır 2020-ci ildə Azərbaycanda 97,4 min ton yüksəksıxlıqlı polietilen istehsalı proqnozlaşdırılır.
Energetika
23 Oktyabr , 2019 11:58
Gələn il Azərbaycanda yüksəksıxlıqlı polietilen istehsalının 2 dəfədən çox artacağı proqnozlaşdırılır

2020-ci ildə Azərbaycanda 97,4 min ton yüksəksıxlıqlı polietilen istehsalı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsinin zərfində göstərilib.

Bu isə bu ilin proqnozundan 2 dəfədən artıqdır.

2021-ci ildə yüksəksıxlıqlı polietilen istehsalının 110 min ton, 2022-ci ildə 115 min ton, 2023-cü ildə isə 120 min ton olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2019-cu il üzrə proqnoz 48,2 min ton təşkil edir.

Xatırladaq ki, Azərbaycanda yüksəksıxlıqlı polietilen istehsalı "SOCAR Polymer" kompleksinin illik 120 min ton istehsal gücünə malik Yüksəksıxlıqlı Polietilen Zavodunda istehsal edilir. “SOCAR Polymer”in Yüksəksıxlıqlı Polietilen zavodu bu il fevralın 18-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Zavod Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşir.

Son xəbərlər

Orphus sistemi