Gələn il Azərbaycanda qaz hasilatının 7,5% artacağı proqnozlaşdırılır

Gələn il Azərbaycanda qaz hasilatının 7,5% artacağı proqnozlaşdırılır 2020-ci ildə Azərbaycanda qaz hasilatının bu ilin proqnozu ilə müqayisədə 7,5% artaraq 37 820,3 mln. kubmetr olacağı gözlənilir.
Energetika
22 Oktyabr , 2019 18:15
Gələn il Azərbaycanda qaz hasilatının 7,5% artacağı proqnozlaşdırılır

2020-ci ildə Azərbaycanda qaz hasilatının bu ilin proqnozu ilə müqayisədə 7,5% artaraq 37 820,3 mln. kubmetr olacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində göstərilib.

Bu həcmin 26,995 mlrd. kubmetri əmtəəlik qaz hasilatı üzrə proqnozdur.

Qeyd edək ki, 2019-cu ildə ölkədə 35,183 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılıb ki, onun da 24 352,4 mln. kubmetri əmtəəlik qaz hasilatının payına düşür. 2018-ci ildə ölkədə qaz hasilatının həcmi 30 134,8 mln. kubmetr olub ki, onun da 19 207,1 mln. kubmetri əmtəəlik qazın payına düşüb. 

Son xəbərlər

Orphus sistemi