Gələn il ABƏŞ neft hasilatını artıracaq

Gələn il ABƏŞ neft hasilatını artıracaq Bakı. 30 oktyabr. REPORT.AZ/ 2019-cu ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə neft hasilatının bu ilin proqnozu ilə müqayisədə 0,6 mln. ton artırılaraq 30,9 mln. ton həcmində olması proqnozlaşdırılır.
Energetika
30 Oktyabr , 2018 16:53
Gələn il ABƏŞ neft hasilatını artıracaq
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ 2019-cu ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə neft hasilatının bu ilin proqnozu ilə müqayisədə 0,6 mln. ton artırılaraq 30,9 mln. ton həcmində olması proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Gələn il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə isə neft hasilatının bu ilin proqnozu ilə eyni səviyyədə - 7,6 mln. ton həcmində olacağı nəzərdə tutulur.

Qeyd edək ki, gələn il Azərbaycanda neft hasilatının həcminin 38,5 mln. ton təşkil edəcəyi proqnozlaşdırılır. Bu il neft hasilatının 37,8 mln ton. olacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi