Gələn il 60-a yaxın ölkənin Energetika naziri Bakıda toplaşa bilər

Gələn il 60-a yaxın ölkənin Energetika naziri Bakıda toplaşa bilər Bu təklifi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur Forumun onlayn konfransında çıxışı zamanı səsləndirib.
Energetika
1420
28 Oktyabr , 2020 13:33
Gələn il 60-a yaxın ölkənin Energetika naziri Bakıda toplaşa bilər

2021-ci ildə Beynəlxalq Enerji Xartiyası Forumuna üzv olan ölkələrin Energetika nazirlərinin toplantısını Bakıda təşkil oluna bilər.

“Report” xəbər verir ki, bu təklifi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur Forumun onlayn konfransında çıxışı zamanı səsləndirib.

H.Süleymanpur həmçinin təmiz enerji mənbələrində alınan enerjinin həcmini artırmaq üçün də müvafiq işlərin görüldüyünü qeyd edib.

Böyük Birtaniyanın Rusiyadakı keçmiş səfiri və hazırda isə bu ölkənin ətraf mühit üzrə Çin, Orta Şərq, Şərqi Avropa və Mərkəzi Asiya üzrə səlahiyyətli şəxsi Lauriye Bristov (Laurie Bristow) isə Bakı küçələrində elektrik enerjisi ilə işləyən taksilərin işləməsini yüksək qiymətləndirib:

“Bizim məqsədimiz odur ki, 2050-ci ilə qədər benzin və dizel yanacağı ilə işləyən avtomobillərdən tamamilə imtina edək. Düşünürəm ki, biz daha tez buna nail ola bilərik. Bakı küçələrində elektriklə işləyən taksiləri görmək çox xoş oldu və hesab edirəm ki, getdikcə onların sayı da artacaq”.

Xatırladaq ki, Beynəlxalq Enerji Xartiyası Forumunun 55 daimi üzvü var. Bundan əlavə 50-dən artıq ölkə müşahidəçi qismində qeydiyyatdan keçib.

Son xəbərlər

Orphus sistemi