Gələn ay Kazanda neft-qaz sərgisi keçiriləcək

Gələn ay Kazanda neft-qaz sərgisi keçiriləcək
Energetika
53
15 Avqust , 2018 11:03
Gələn ay Kazanda neft-qaz sərgisi keçiriləcək

Bakı. 15 avqust. REPORT.AZ/ Sentyabrın 4-6-da Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda "Neft, qaz, neft-kimya 2018" sərgisi keçiriləcək.

"Report"un məlumatına görə, sərgidə iştirak edəcək şirkətlər neft-qaz sahəsində yeni məhsullarını, tətbiq etdikləri yenilikləri təqdim edəcəklər.

Xatırladaq ki, bu sərgi ötən il də keçirilmişdi və onu on minlərlə insan ziyarət etmişdi. Ziyarətçilər arasında Azərbaycandan gedənlər də olub.