Gədəbəyin Şınıx bölgəsi qazlaşdırılır - FOTO - VİDEO

Gədəbəyin Şınıx bölgəsi qazlaşdırılır - FOTO - VİDEO Gədəbəy. 13 aprel. REPORT.AZ/ Gədəbəy rayonunun ucqar kəndlərində qazlaşdırma işləri aparılır.
Energetika
13 Aprel , 2018 09:30
Gədəbəyin Şınıx bölgəsi qazlaşdırılır - FOTO - VİDEO

Gədəbəy. 13 aprel. REPORT.AZ/ Gədəbəy rayonunun ucqar kəndlərində qazlaşdırma işləri aparılır.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun sərhədyanı kəndlərinin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir. Ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış proqrama uyğun olaraq, rayonun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi ərazisinin mərhələli şəkildə qazlaşdırılmasına başlanılıb. 

Qeyd edək ki, Şınıx bölgəsində yerləşən 26 yaşayış məntəqəsindən 7-si - Kollu, Düz Rəsullu, Gərməşöylü, Hüseynqulular, Rəhimli, Təkyemişan kəndləri, həmçinin Şınıx kəndi təbii qazla təmin edilib və 19 yaşayış məntəqəsinin isə mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub. 

İlkin mərhələdə Zamanlı, Arabaçı, Fərzalı, Çay Rəsullu, İsalı və Göyəlli kəndlərinin qazlaşdırılması üçün həmin əraziyə boruların və digər materialların daşınmasına və qazlaşdırma işlərinə başlanılıb. İşlər yekunlaşdıqda ümumilikdə 800-dən çox fərdi yaşayış evi təbii qazla təmin ediləcək. 

Bundan əlavə, Gədəbəy rayonunun Çaldaş və Səbətkeçməz kəndlərinin də cari ildə qazlaşdırılması işlərinə başlanması nəzərdə tutulub. Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və meşə fondunun qorunmasına xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi