Gədəbəyin daha iki kəndinə ilk dəfə təbii qaz verilib

Gədəbəyin daha iki kəndinə ilk dəfə təbii qaz verilib Tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İB-nin nümayəndələri iştirak ediblər
Energetika
30 Sentyabr , 2016 15:06
Gədəbəyin daha iki kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Sentyabrın 30-da Gədəbəy rayonunun Çanakçı və Miskinli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumilikdə 885 abonenti olan Çanakçı və Miskinli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 61 149 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi