Gədəbəy rayonunun Samanlıq kəndinə ilk dəfə qaz verilib

Gədəbəy rayonunun Samanlıq kəndinə ilk dəfə qaz verilib Daha 212 abonent qazla təmin olunub
Energetika
5 Aprel , 2016 15:04
Gədəbəy rayonunun Samanlıq kəndinə ilk dəfə qaz verilib

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Gədəbəy rayonunun Samanlıq kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 212 abonenti olan Samanlıq kəndinin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 18 034 metrlik müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi