Gədəbəy, Göygöl və Gəncəyə elektrik enerjisinin verilişi tam bərpa olunub

Gədəbəy, Göygöl və Gəncəyə elektrik enerjisinin verilişi tam bərpa olunub Gədəbəy, Göygöl rayonlarına və Gəncə şəhərinə elektrik enerjisinin verilişi tam bərpa olunub.
Energetika
28 May , 2019 21:33
Gədəbəy, Göygöl və Gəncəyə elektrik enerjisinin verilişi tam bərpa olunub

Gədəbəy, Göygöl rayonlarına və Gəncə şəhərinə elektrik enerjisinin verilişi tam bərpa olunub.

Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, qurumun əməkdaşları və texnikası əraziyə cəlb edilib:

"Güclü külək və leysan səbəbindən həmin rayonların bəzi ərazilərində elektrik enerjisi verilişində fasilə yaranmışdı. Əməkdaşlarımız və texnikamız dərhal hadisə yerinə çatsa da, hava şəraiti onların fəaliyyət göstərməsinə çətinlik yaradırdı. Buna baxmayaraq, qısa zamanda qəzaların nəticələri aradan qaldırıldı. Hazırda bütün abunəçilərimiz fasiləsiz elektrik enerjisi ilə təmin olunur".

Son xəbərlər

Orphus sistemi